"Milan" 3 qolla qalib gəldi

"Milan" 3 qolla qalib gəldi
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 01:21 2907
-  A +

İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Milan" doğma meydanda "Kalyari"ni qəbul edib. Rossonyerlər 3 xalı 3 cavabsız qolla qazanıblar. Bu nəticədən sonra xallarının sayını 39-a yüksəldən Milan şəhərinin eyniadlı təmsilçisi 4-cü pillədəki yerini qoruyub. 21 xalı olan "Kalyari" isə 15-ci sırada yer alıb.

Turnir cədvəlinin ilk pilləsində isə 63 xalla "Yuventus" qərarlaşıb. Turin klubunun ən yaxın izləyicisi "Napoli"nin 52 xalı var. İlk 3-lüyü 43 xalla "İnter" tamamlayır. "Roma" isə 38 xalla 5-ci yerdə gedir.

İtaliya A Seriyası, 23-cü tur

10 fevral

"Milan" - "Kalyari" - 3:0
Qollar:
L. Çeppitelli, 13-avtoqol (1:0), L. Paketa, 22 (2:0), K. Pyontek, 62 (3:0)

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı