"Ən yaxşı oyunlarımızdan birini keçirdik" - Aftandil Hacıyev

"Ən yaxşı oyunlarımızdan birini keçirdik" -  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 10 Fevral 2019 / 19:36 2491
-  A +

"Azarkeşlər maraqlı bir qarşılaşma izlədi. Ən yaxşı oyunlarımızdan birini keçirdik".

Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 16-cı turunda "Zirə"yə uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.

Gənc çalışdırıcı komandada çatışmazlıqlar olduğunu qeyd edib: "İki top buraxmağımız səhvlərimizin olmasından xəbər verir. Bunları təhlil edəcəyik. Qarşıda bizi maraqlı mübarizə gözləyir. Bəzən yaxşı oyunla da uduzmaq olur. Bəzən də oyun planında istədiklərini edə bilməyib, qalib gəlirsən. Konsentrasiya üzərində dayanmalıyıq. Görünür, hardasa boşluğa yol vermişik. "Səbail" yeni klubdur. Keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq üçün zamana ehtiyacımız var".

A.Hacıyev görüşün sonuna yaxın müdafiəçi Elvin Yunuszadənin  qırmızı vərəqə almasında da münasibət bildirib: "Elvinin ikinci sarı vərəqə alması yaxşı olmadı. Təzyiqi artırmışdıq, diqqətli olmalıydı. Onu klubdaxili cəza gözləmir. Adi oyun epizodu idi. Sadəcə, həmin mövqedə futbolçumuz olmadığından, təəssüflənirik".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı