“Oyunumuzda sabitlik çatışmır” – Emin Mahmudov

“Oyunumuzda sabitlik çatışmır” – <b style="color:red"> Emin Mahmudov</b>
ÖLKƏ FUTBOLU 10 Fevral 2019 / 17:23 1465
-  A +

“Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqanın 16-cı turunda evdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, görüşdə hər iki qolun müəllifi olan yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib.


- Qələbə asan başa gəlmədi. Qolları daha tez vura bilərdik. Amma alınmırdı. Hətta hesab 0:0 olarkən rəqib də yaxşı fürsəti qaçırdı. Qol vursaydılar, hər şey bəlkə də fərqli olardı.

- “Keşlə”nin futbolçuları penalti qərarına çox etiraz etdilər. Həmin epizodu necə şərh edə bilərsən?

- Açığı, həmin epizodu heç görmədim. İkili mübarizə getdi, qabağımda futbolçu olduğu üçün nə baş verdiyini görə bilmədim.

- İlk zərbən qol olsa da, hakim penaltini təkrar vurmağını istədi. Sən isə yenə topu eyni istiqamətə vurdun. O an düşünmədin ki, birdən Kamran Ağayev istiqaməti düz tapar və zərbəni dəf edər?

- Yox, elə fikirləşmədim. Həmin vaxt ani qərar qəbul etdim. Özümə inandığım üçün topu eyni istiqamətə vurdum.

- Dünən ən yaxın izləyiciniz “Qarabağ” qalib gəldi. Bu gün isə siz 3 xal qazanaraq, fərqi qorudunuz. Necə düşünürsən, bu cür davam edə biləcəksiniz?

- Bunu artıq çempionat göstərəcək. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Həm bizə, həm də “Qarabağ”a çətin olacaq. Çempionat elədir ki, dünən “Qarabağ” da asanlıqla udmadı. Son dəqiqələrdə ikinci qolu vurdular. Bizdə də bu gün elə oldu. Axıra kimi mübarizə aparmağa çalışacağıq.

- Ötən tur səfərdə “Qarabağ”la heç-heçə “Neftçi”də psixoloji baxımdan inam yaratdımı ki, çempion ola bilərik?

- Ondan qabaq da özümüzə inanırdıq. “Qarabağ”a qarşı necə oynayacağımızı bilirdik. İnanmasaydıq, indi bu yerdə olmazdıq. Bizim oyunumuzda sadəcə sabitlik çatmır. “Qarabağ” ikinci sırada olsa da, hər il həm Avroliqada, həm də çempionatda sabit oyun göstərir.

- Növbəti turda sizi “Zirə”səfəri gözləyir...

- “Zirə” yaxşı vəziyyətdə olmasa da, bizimlə burada 2:2 oynadılar. Hətta əvvəl udduğumuz görüşdə də bizə kifayət qədər çətinlik yaşatdılar. Səfərdə oynayacağımızdan, bizim üçün daha ağır olacaq.

- Ötən mövsüm “Neftçi”yə 3-cülüyü qazandıran Tərlan Əhmədov bu gün “Keşlə”nin baş məşqçisidir. Komandası məğlub olduğu üçün onun adına üzüldünmü?

- Onunla görüşdüm. Ümumiyyətlə, həmişə salamlaşıram. Yaxşı münasibətimiz var. Tərlan Əhmədova “çox sağ ol” deyirəm ki, “Neftçi”də mənə şans verdi, oynatdı, özümə gəldim. Ona minnətdaram.

- Bu gün “Neftçi”nin yeni transferləri də meydanda idi. Səncə, hazırkı “Neftçi” fasiləyə qədərki komandadan güclüdür?

- Bunu oyunlar göstərəcək. Biz onlardan çox şey gözləyirik. İnanırıq ki, komandaya xeyir verəcəklər.

- Həm “Qarabağ”, həm də “Neftçi” qış fasiləsində heyətini gücləndirdi. Yeni transferlərin çıxışı komandaların çempionluq şanslarına nə dərəcədə təsir edə bilər?

- Əlbəttə. Onlar nə qədər çox kömək etsələr, bizim üçün bir qədər rahat olacaq. Yeni futbolçular elə məhz buna görə alınır.

- Necə düşünürsən, “Neftçi” çempionluğa hazırdır? Özünüzdə bu gücü hiss edirsiniz?

- Hazır olub-olmadığımızı çempionat göstərəcək. Fasilədən sonra cəmi 2 tur keçib. Qarşıda çox oyun var.

 

Daha çox


Son xəbərlər