"Keşlə" bütün heyətlə müdafiə olunurdu" - Roberto Bordin

"Keşlə" bütün heyətlə müdafiə olunurdu" - Roberto  Bordin
ÖLKƏ FUTBOLU 10 Fevral 2019 / 17:04 2176
-  A +

"Oyun elə də asan keçmədi. Rəqib bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yaratdıq".
 
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin TOpaz Premyer Liqasının XVI turunda "Keşlə"ni məğlub etdikləri (2:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
- Epizodların birində Emin gözəl qol vurdu. Oyuna nəzarət edən tərəf idik. Sona qədər rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdıq. Müdafiədə bəzi boşluqlarımız oldu. Ancaq qapıçımız Səlahət Ağayev çox yaxşı çıxış etdi. İkinci qoldan sonra hesabı daha da artıra bilərdik. Sona qədər mübarizə apardıq ki, daha çox qol vuraq.

- Sansone növbəti matçlarda daha çox oynaya bilər?

- Onun oyun təcrübəsi yox idi. Hələ də matçın ritmini tam olaraq tutmasına çox qalıb. Əlbəttə ki, onu yaxşı tanıyıram. Ona bir az vaxt lazımdır.

- Platellas rotasiyalarda özünü necə göstərir? Ondan istədiyinizi ala bilirsiz?

- O, həm hücumda, həm müdafiədə komandaya çox kömək edir. Platellasdan çox razıyam. Dünən “Qarabağ” qələbə qazanmışdı, bugünkü matçın çətin olacağını bilirdik. Bütün komandanı təbrik edirəm.

- “Neftçi”nin hansı oyun keyfiyyətlərini artırmasına ehtiyacı var?

- Son oyunla müqayisədə sxemi dəyişmək məcburiyyətində qalmışdıq. Çünki futbolçu çatışmazlığı var idi. Əlbəttə ki, oyunun gedişində sxemi rəqibə görə dəyişə bilərik. Hətta bir müddət 2 hücumçu ilə çıxış etdik. Amma komanda yorulmuşdu və yenidən sistemi dəyişdik.

- Rəhman Hacıyevin oynamaması nə ilə bağlıdır?

- Hazırlığı yerindədi. Sadəcə, rəqibə uyğun oyun sistemi seçirik. Rəhmanla bağlı heç bir problem yoxdur.

- Mirabdulla Abbasovda geriləmə görürsünüz?

- Deməzdim ki, onda geriləmə var. Bu gün də qol vurmaq şansı var idi. Çox hərəkətli idi və komandaya xeyri dəydi. Necə ki, fasilədən əvvəl çıxış edirdi, indi də o cürdü.

- Yayda demişdiz ki, transfer məsələlərinə qarışmırsız. Qışda necə oldu?

- Belə dediyimi xatırlamıram.

Daha çox


Son xəbərlər