"Real"la oyunda "Atletiko"nun narazılığına səbəb olan epizodlar - Şəkillər

"Real"la oyunda "Atletiko"nun narazılığına səbəb olan epizodlar - Şəkillər
DÜNYA FUTBOLU 10 Fevral 2019 / 12:36 3514
-  A +

"Atletiko" klubu rəsmi "Tvitter" səhifəsində La Liqanın 23-cü turunun "Real"la dünənki oyunundan (1:3) mübahisəli epizodların görüntüsünü paylaşıb.

Qol.az-ın xəbərinə görə, görüşün baş hakimi Xavyer Estrada Fernandesin 3 qərarı meydan sahiblərinin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, ikinci hissədə Kazemiro Alvaro Moratanı yıxsa da, referi penalti nöqtəsini göstərməyib. İkincisi, ilk yarının sonunda "Atletiko"nun qapısına təyin olunan penalti epizodunda Xose Ximenes Vinisius Juniora qarşı qaydanı cərimə meydançasından kənarda pozub. Nəhayət, "Atletiko" tərəfinin fikrincə, 55-ci dəqiqədə Moratanın vurduğu qolda oyundankənar vəziyyət yox idi.

Qeyd edək ki, Madrid derbisində "Real"a uduzan "Atletiko" 2-ci sıradakı mövqeyini itirib. Əvəzində "kral klubu" bu pilləyə yüksəlib.






Son xəbərlər