"Neftçi" və "Zirə"dən qələbə

"Neftçi" və "Zirə"dən qələbə
PREMYER LİQA 10 Fevral 2019 / 18:26 11504
-  A +

Bu gün Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub.

Qol.az xəbər verir ki,  son oyun günündə iki görüş keçirilib.

Lider "Neftçi" öz meydanında "Keşlə" ilə qarşılaşıb. "Ağ-qaralar" zirvədəki yerini qorumağa, qonaqlar isə autsayderlər qrupundan uzaqlaşmaq istəyirdi. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Neftçi" ən yaxın izləyicisi "Qarabağ"ı yenə 3 xal qabaqlayır.

Günün digər matçında isə "Səbail" autsayder "Zirə" ilə üz-üzə gəlib. Qonaqlar 2:0 hesablı qələbə ilə xalını 13-ə çatdıraraq son pillədən qurtulub.


10 fevral

Topaz Premyer Liqa, 16-cı tur

16:30. “Səbail” – “Zirə” - 0:2
Qollar:
Xulio Sezar Rodriqez, 2, Sadio Tounkara, 90+4
Qırmızı vərəqə: Elvin Yunuszadə, 81 ("Səbail", iki sarı vərəqə)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
“Bayıl Arena"

14:00. "Neftçi" – "Keşlə" - 2:0
Qollar:
Emin Mahmudov, 35 (1:0), 68-pen. (2:0)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”


9 fevral

“Sumqayıt” – “Qarabağ” - 0:2 

“Sabah” – “Qəbələ” - 0:1


N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

16

11

4

1

29-11

37

2

Qarabağ

16

10

4

2

35-15

34

3

Səbail

16

7

3

6

19-16

24

4

Qəbələ

16

6

5

5

19-18

23

5

Sabah

16

6

2

8

14-21

20

6

Sumqayıt

16

4

3

9

13-23

15

7

Zirə

16

3

4

9

14-27

13

8

Keşlə

16

3

3

10

16-28

12



Bombardirlər

Mahir Mədətov ("Qarabağ") - 7 qol
Baqali Dabo ("Neftçi") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol


Son xəbərlər