Kavani PSJ-yə qələbə qazandırdı

Kavani PSJ-yə qələbə qazandırdı
DÜNYA FUTBOLU 9 Fevral 2019 / 23:00 1969
-  A +

PSJ Fransa Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Paris klubu 23-cü turda "Bordo"nu qəbul edib. Matç PSJ-nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

PSJ - "Bordo" - 1:0
Qol:
Kavani, 42-pen

Bu qələbə ilə xalını 59-a yüksəldən paytaxt təmsilçisi liderliyi möhkəmlədib."Lill" 46 xalla 2-ci, "Lion" 43 xalla 3-cüdür.


Son xəbərlər