“Hay-küylü oyun oldu” – Sənan Qurbanov

“Hay-küylü oyun oldu” – <b style="color:red">Sənan Qurbanov </b>
ÖLKƏ FUTBOLU 9 Fevral 2019 / 18:17 1494
-  A +

“Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 16-cı turunda səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj vardı. Sürətli komandayla qarşılaşmışdıq. Komandamızda oyun intizamsızlığı yoxdur. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımdan narahatlığım vardı. Şükür ki, bu, baş vermədi” - deyə o bildirib.

 

Daha çox


Son xəbərlər
21.08.19  21:56

Messi sağaldı