"Prosineçki ilə Azərbaycan millisi haqda danışmışam" - Yurçeviç

"Prosineçki ilə Azərbaycan millisi haqda danışmışam" - <b style="color:red">Yurçeviç</b>
ÖLKƏ FUTBOLU 9 Fevral 2019 / 14:47 2731
-  A +

"Düzdür, Prosineçki ilə Azərbaycan millisi barədə danışmışam. Ancaq futbolda demək olar ki, çox şey bilinir".

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın sükanı arxasına əsas namizədlərdən Nikola Yurçeviç deyib. AFFA-dan aldığı təkliflə bağlı danışan xorvatiyalı mütəxəssis bu barədə yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki ilə söhbət etdiyini bildirib:

"Prosineçki ilə söhbətimiz oldu və o, mənə hər şeyin yaxşı olacağını söylədi. Ümumiyyətlə, həm o, həmdə Qoran Sabliç Azərbaycan haqda ancaq yaxşı fikirlər səsləndirdi".

Qeyd edək ki, hazırda Bakıda olan Yurçeviçin Topaz Premyer Liqanın 16-cı turunun bir neçə oyununu izləyəcək.

 

Daha çox


Son xəbərlər
25.04.19  22:00

Sarri cərimələndi

25.04.19  17:29

Robben qayıtdı