Rubins Rusiya mətbuatının diqqət mərkəzində

XƏBƏR 21 Yanvar 2009 / 19:56 2575
-  A +

“İnter”in heyətində “Birlik кuboku”nda yaxşı təsir bağışlayan Andrey Rubins Rusiya mətbuatının diqqət mərkəzindədir. Qol.Az-ın məlumatına görə, latviyalı futbolçu sportsbox.ru-ya verdiyi müsahibədə hazırkı və sabiq klubu haqqında danışıb: “İşlərimiz yaxşı gedir. Qrup mərhələsini uğurla dəf etdik və yolumuza uğurla davam edirik. Bilirik ki çətin olacaq amma, qarşımıza qoyduğumuz məqsəd kuboku qazanmaqdır. Rusiya futbolu haqqında fikirlərimə gəlincə, məncə burada səviyyə ildırım sürəti ilə yüksəlir. Hətta mən deyərdim bəzi məqamlarda “Böyük beşlik” ölkələrindən də geri qalmır. Təbii ki, ən çox Moskva “Spartak”ının oyunundan həzz alıram, çünki sabiq klubumdur. Deyərdim ki, onlar hazırda layiq olmadıqları mövqedə qərarlaşıblar. O ki qaldı Rusiya çempionatı üçün darıxıb-darıxmamağıma, açığı hazırkı vəziyyətdə “İnter”də hər şey məni qane edir. Amma nə vaxtsa yenidən Rusiyaya qayıtmağın əleyhinə deyiləm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki