İngiltərədə ötən ayın ən yaxşı baş məşqçisi - Sulşer

İngiltərədə ötən ayın ən yaxşı baş məşqçisi - Sulşer
DÜNYA FUTBOLU 9 Fevral 2019 / 11:36 1166
-  A +

Ingiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "Mançester Yunayted"in rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, mükafata elə sözügedən komandanın çalışdırıcısı Ole-Qunnar Sulşer layiq görülüb. Norveçli mütəxəssis səsvermədə həmkarları Şon Dayç ("Bernli") və Ralf Hazenhyuttlu ("Sauthempton") qabaqlayıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay Sulşerin başçılığı altında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord