"Barselona"nın futbolçusu 3-4 həftə oynamayacaq

"Barselona"nın futbolçusu 3-4 həftə oynamayacaq
DÜNYA FUTBOLU 8 Fevral 2019 / 19:49 2012
-  A +

"Barselona"nın futbolçusu Artur zədələnib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçinin  3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki,  Artur La Liqada "Valyadolid", "Sevilya", İspaniya kubokunun yarımfinalında "Real" və Çempionlar Liqasının 1/8 finalında "Lion"la oyunları buraxacaq.

Braziliyalı oyunçunun  ölkə çemponatında martın 2-i "Real"a qarşı keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı