“Qarabağ”dan stadionla bağlı vacib qərar – rəsmi açıqlama

“Qarabağ”dan stadionla bağlı vacib qərar – rəsmi açıqlama
ÖLKƏ FUTBOLU 8 Fevral 2019 / 17:37 6225
-  A +

“Qarabağ” bu mövsümün sonuna kimi bütün ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirə bilər.

Qol.az-ın xəbərinə görə, buna komandanın öz stadionu olan “Azərsun Arena”nın meydançasında təmir ehtiyacının yaranması səbəb olub. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-ın sorğusuna cavab olaraq bildirib:

“Hazırda “Azərsun Arena”nın yardımçı meydançası təmirə dayanıb. Komanda oyunlara əsas meydançada hazırlaşdığından oyunlarımızı Respublika stadionunda keçiririk. Qeyd edim ki, “Azərsun Arena”nın yaşıl örtüyü 5 il əvvəl salındığından əsas meydançada da yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Meydançada təmir işləri aparılması ehtimalı yüksəkdir. Yaxın vaxtlarda ev oyunlarımızı Respublika stadionunda keçirəcəyik”.

Klub rəsmisi komandanın ümumiyyətlə, bu mövsümün sonuna kimi bütün rəqiblərini “Tofiq Bəhramov”da qəbul edəcəklərini istisna etməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı