"Flamenqo"da yanğın dəhşəti - 6 futbolçu öldü

"Flamenqo"da yanğın dəhşəti -  6 futbolçu öldü
DÜNYA FUTBOLU 8 Fevral 2019 / 15:37 7697
-  A +

Braziliyanın "Flamenqo" klubunun təlim-məşq bazasında yanğın baş verib.

Qol.az "Globo Esporte"yə istinadən xəbər verir ki, faciə nəticəsində 10 nəfər həlak olub, 2 şəxs isə ağır xəsarət alıb. Hadisə Rio-de-Janeyro təmsilçisinin yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda olub. 

Ölənlər arasında 14-17 yaşlı 6 futbolçu olub. Onlardan 4-ü "Flamenqo"nun yetirməsi, 2-si isə baxışda olanlardır. Yanğının səbəbləri bəlli deyil.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki