Fransada 1 dəqiqəlik alqış

Fransada 1 dəqiqəlik alqış
DÜNYA FUTBOLU 8 Fevral 2019 / 14:37 2485
-  A +

Fransanın 1-ci və 2-ci liqalarında növbəti turun bütün oyunları bir dəqiqəlik alqışla başlayacaq.

Qol.az "Reuters"ə istinadən xəbər verir ki, "Nant"ın sabiq futbolçusu Emiliano Salanın xatirəsi yad ediləcək.

Xatırladaq ki, "Kardiff"ə transfer olunan mərhum argentinalı futbolçu yanvarın 22-i Fransadan Uelsə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Ötən gecə isə təyyarədəki cəsədin Salaya məxsus olduğu açıqlanıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord