Premyer Liqamızda 16-cı turun oyunlarının vaxtı açıqlandı

Premyer Liqamızda 16-cı turun oyunlarının vaxtı açıqlandı
PREMYER LİQA 4 Fevral 2019 / 16:18 2464
-  A +

Topaz Premyer Liqada 16-cı turun oyunlarının başlama saatı açıqlanıb.

Qol.az-ın “CBC Sport” telekanalının rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, tura fevralın 9-da keçiriləcək “Sabah” – “Qəbələ” matçı ilə start veriləcək. Görüş saat 16:00-da start götürəcək. Günün ikinci qarşılaşması isə “Sumqayıt”la “Qarabağ” arasında olacaq. Həmin matçın başlama saatı isə 18:30-dur.

Turun digər iki görüşü isə fevralın 10-da olacaq. Saat 16:00-da “Bayıl Arena”da “Səbail” və “Zirə” komandaları qarşılaşacaqlar. Tura “Neftçi” – “Keşlə” matçı ilə yekun vurulacaq. Paytaxt derbisi 18:30-da start götürəcək.


Topaz Premyer Liqa, 16-cı tur

9 fevral

16:00. “Sabah” – “Qəbələ”

“Əlincə arena”

18:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank arena”

10 fevral

16:00. "Səbail" - "Zirə”

“Bayıl Arena”

18:30. "Neftçi" – “Keşlə”
“Bakcell Arena”


Son xəbərlər