“Amkar”ın baş məçşqçisi Ruslan Poladov haqqında heç nə demədi

XƏBƏR 21 Yanvar 2009 / 19:13 2472
-  A +

Qol.Az-ın məlumatına görə sportbox.ru-nun Belekdeki xüsusi müxbirinə müsahibə verən “Amkar”ın bolqarıstanlı baş məşqçisi Dimitar Dimitrov komandaya cəlb etmək istədikləri oyunçular sırasında Ruslan Poladovun adını çəkməyib. Baş məşqçi ehtiyat oyunçular skamyasının qısa olduğunu, xüsusən də yarımmüdafiənin mərkəzinə və cinahlarına oyunçu axtardıqlarını deyib. Onun sözlərinə görə, düşərgədə bir sıra ölkədən futbolçu var və daha bir neçəsi də gələcək. Amma həmin futbolçuların mövcud olduğu ölkələrin adlarını açıqlayan baş məşqçi Azərbaycanın və “Xəzər-Lənkəran”ın adını çəkməyib. Qeyd edək ki, son vaxtlar “Amkar”ın Ruslan Poladovu heyətinə qatmaq istəyində olması, hətta bu məqsədlə Lənkəran klubuna rəsmi faks göndərməsinə dair söhbətlər gəzməkdədir. Maraqlıdır ki, məsələni “Xəzər-Lənkəran” tərəfi də tükzib edir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi