"Monako" Anrini istefaya göndərir - Jardimi qaytarır

"Monako" Anrini istefaya göndərir - Jardimi qaytarır
DÜNYA FUTBOLU 24 Yanvar 2019 / 12:05 2757
-  A +

"Monako"da yaxın vaxtlarda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.

Qol.az-ın "Mirror"a istinadən yaydığı xəbərə görə,  knyazlıq təmsilçisinin yaxın  48 saatda  Leonardu Jardimi yenidən klubun baş məşqçisi təyin edəcəyi iddia olunub. Bu halda o, hazırkı çalışdırıcı Tyerri Anrini əvəzləyəcək.

Baş məşqçi dəyişikliyinə səbəbin komandanın cari mövsüm uğursuz çıxışı olduğu bildirilib.

Qeyd edək ki, Jardim 2014-cü ildən 2018-ci ilin oktyabrına kimi "Monako"nu çalışdırıb. Sonra o, istefaya göndərilərək komandanın başına T.Anri gətirilib.

Əlavə edək ki, "Monako" hazırda Fransa liqasında 15  xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında qrup mərhələsini sonuncu pillədə başa vurub, Fransa kubokunda  mübarizəni dayandırıb.


Son xəbərlər