"Qəbələ"nin Rusiya klubu ilə oyunu ləğv olundu

"Qəbələ"nin  Rusiya klubu ilə oyunu ləğv olundu
ÖLKƏ FUTBOLU 24 Yanvar 2019 / 17:24 2000
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin Rusiyanın birinci divizionunda çıxış edən “Fakel” klubuna qarşı  nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Qol.az xəbər verir ki,  bu gün Bakı vaxtı ilə saat 18:00-da başlamalı olan görüş əlverişsiz hava şəraiti səbəbindən keçirilməyəcək.

Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın  "MTK Budapeşt" klubuna qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı