Azərbaycanlı futbolçu Belçika çempionatında oynadı

XƏBƏR 21 Yanvar 2009 / 18:10 2500
-  A +

"Anderlext"in heyətində təlimlərini davam etirən Bəxtiyar Soltanov əvəzedicilər arasında keçirilən Belçika çempionatının növbəti turu çərçivəsində "Serkl Brügge" klubuna qarşı keçirilən qarşılaşmanın 60-cı dəqiqəsində Lukakunun əvəzinə meydana çıxıb. Qol.Az-ın məlumatına görə, 30 dəqiqə meydanda olan futbolçumuz rəqib qapısına yol tapa bilməsə də, xoş təsir bağışlayıb. Belçikada təlimlərini davam etdirən digər futbolçumuz Aqil Məmmədov da yoldaşından geri qalmır. O, tanınmış qapıçı Filip De Vildenin başçılığı altında intensiv məşq prosesi keçir.


 

Daha çox


Son xəbərlər