"Keşlə" məğlub oldu

"Keşlə" məğlub oldu
ÖLKƏ FUTBOLU 23 Yanvar 2019 / 18:54 2394
-  A +

Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb.

Qol.az-ın məlumatına görə, paytaxt təmsilçisi 3-cü sınağında Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb.

Premyer Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayan görüş "Keşlə"nin məğlubiyyəti ilə başa çatıb - 1:3.

Qeyd edək ki, bundan əvvəl Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2 hesabı ilə uduzan "Keşlə" Antalyada sonuncu oyununu Rusiya "Çertoanovo"suna qarşı keçirəcək.


Yoxlama oyunu

23 yanvar

17:00. "Keşlə" (Azərbaycan) - "Atırau" (Qazaxıstan) - 1:3
Qol: Nikola Mitroviç, 5
 

Daha çox


Son xəbərlər
21.08.19  21:56

Messi sağaldı