"Qalatasaray"dan səfər qələbəsi - Türkiyə kuboku

"Qalatasaray"dan səfər qələbəsi - <b style="color:red">Türkiyə kuboku</b>
DÜNYA FUTBOLU 23 Yanvar 2019 / 00:32 2209
-  A +

"Qalatasaray" Türkiyə kubokunun 1/8 final mərhələsində ilk oyununu keçirib.

Qol.az-ın məlumatına görə, İstanbul klubu səfərdə aşağı dəstə təmsilçisi "Boluspor"un qonağı olub. Matçın taleyini 1 qol həll edib. Səlçuk İnanın 42-ci dəqiqədə penaltidən vurduğu qol "sarı-qırmızılılar"a qələbə qazandırıb. Komandalar arasında cavab oyunu yanvarın 29-da İstanbulda keçiriləcək.

Bu arada Türkiyə kubokunda ilk 1/4 finalçı da müəyyənləşib. Birinci oyunda səfərdə "Kayserispor"u 2:1 hesabı ilə udan "Akhisarspor" evdə qolsuz heç-heçə edərək, adını növbəti mərhələyə yazdırıb.
 

Daha çox


Son xəbərlər
25.04.19  22:00

Sarri cərimələndi

25.04.19  17:29

Robben qayıtdı