Ronaldo 18,8 milyon avro cərimə ödəyəcək

Ronaldo 18,8 milyon avro cərimə ödəyəcək
DÜNYA FUTBOLU 22 Yanvar 2019 / 18:56 2354
-  A +

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün məhkəmə qarşısına çıxıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  təxminən 1 saat çəkən məhkəmədə vergidən yayındığını boynuna alan 33 yaşlı hücumçu 18,8 milyon avro cərimə ödəməyə razılıq verib.

Məhkəmə formal olaraq Ronaldoya 23 aylıq həbs cəzası verib. Cəza müddəti 2 ildən az olduğundan, şərti cəza kəsilib və futbolçu cəriməni ödəməklə kifayətlənəcək.

Qeyd edək ki, Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu.

 

Daha çox


Son xəbərlər
21.08.19  21:56

Messi sağaldı