Ronaldo Marselonu da "Yuventus"a aparır - AS nəşri

Ronaldo Marselonu da "Yuventus"a aparır - AS nəşri
XƏBƏR 21 Yanvar 2019 / 14:25 3180
-  A +

"Real"ın müdafiəçisi Marselo bu mövsümün sonunda "Yuventus"a keçəcək.

Qol.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur AS nəşri məlumat yayıb. İddiaya görə, ötən yay "kral klubu"nu "qoca sinyora"ya dəyişən Kriştiano Ronaldo braziliyalı futbolçunu da Turinə aparmağa çalışır. Yaxın dost olan futbolçuların daim bir-biri ilə əlaqə saxladığı və portuqaliyalı superulduzun Marseloya "Yuventus"a keçməyi məsləhət gördüyü bildirilir. 30 yaşlı oyunçu da yaxın ətrafı ilə söhbətində belə bir keçidin mümkünsüz olmadığını söyləyib.

Qeyd edək ki, Marselo La Liqanın son 2 turunda ehtiyatda qalıb. Hər iki matçda onu 22 yaşlı Serxio Reqilon əvəz edib. Braziliyalının "Real"la 2022-ci ilin yayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı