"Arsenal"ın müdafiəçisi üçün mövsüm bitdi

"Arsenal"ın müdafiəçisi üçün mövsüm bitdi
XƏBƏR 21 Yanvar 2019 / 01:20 2377
-  A +

İngiltərə Premyer Liqasının son turunun "Çelsi" ilə oyununda zədələnən "Arsenal"ın müdafiəçisi Hektor Belyerinin durumuna aydınlıq gəlib.

Qol.az-ın "The Telegraph" nəşrinə istinadən yaydığı xəbərə görə, sol dizindən xəsarət ispan futbolçunun zədəsi ciddidir. 23 yaşlı oyunçunun 6-9 ay arası yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə o deməkdir ki, müdafiəçi üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, "Arsenal" sözügedən matçda "Çelsi"ni 2:0 hesabı iləməğlub edib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı