Sergey Kravçenko: “Azərbaycanda mənimlə fəxr edirlər”

Sergey Kravçenko: “Azərbaycanda mənimlə fəxr edirlər”
XƏBƏR 21 Yanvar 2009 / 18:01 2813
-  A +

Bir vaxtlar “Qarabağ”ın şərəfini qoruyan Kiyev “Dinamo”sunun yeni transferi Sergey Kravçenko Ukrayna mətbuatına verdiyi geniş müsahibəsində Azərbaycandakı karyerası haqqında da danışıb. Qol.Az-ın məlumatına görə, o, öncə “Qarabağ”dakı karyerasına toxunub: “İtaliyada və Almaniyada heç cürə möhkəmlənə bilmədim və Azərbaycana yollandım. Orada “Qarabağ”ın şərəfini qorudum və 4 ay bu komandanın heyətində çıxış etdim. Həmişə də əsas heyətdə meydançaya çıxırdım və qol vururdum. Azərbaycanda oynamağım yalnız mənim xeyrimə oldu və orada olduğum zaman öz gücümə inam yarandı. Məhz “Qarabağ”dakı çıxışımdan sonra burada “Vorskla” mənimlə maraqlanmağa başladı”. Kravçenko daha sonra Azərbaycan milli komandasına aldığı dəvətə də toxunarkən maraqlı açıqlaması ilə diqqət çəkib: “Rəsmi surətdə təklif olmamışdı. Amma söhbətlər gəzirdi. Yadımdadır, o vaxt mən deyəndə ki, yalnız Ukrayna milli komandasında oynamaq istəyirəm ukraynalı jurnalistlər mənə gülmüşdülər. Amma yekunda hər şey buna doğru gəldi. Yeri gəlmişkən, indinin özündə də, Azərbaycanda hər gün məni xatırlayırlar və mətbuat mənim haqqımda yazır. Fəxr edirlər ki, bax, “Qarabağ”ın futbolçusu  “Dinamo” səviyyəsinə qədər yüksəldi”. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord