Qvardioladan maraqlı qadağa

Qvardioladan maraqlı qadağa
XƏBƏR 20 Yanvar 2019 / 15:53 4586
-  A +

Nizam-intizama ciddi önəm verən “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola növbəti maraqlı addımı ilə diqqət çəkib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis futbolçulara saç geli, təraşdan sonra üz kremi və nəmləndirici losyonlardan istifadəni qadağan edib. Onun fikrincə, idmançılar diqqətini saç düzümlərinin görünüşünə deyil, nəticəyə yönəltməlidirlər.

Qeyd edək ki, “Mançester Siti” 22 turdan sonra 53 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 57 xalla “Liverpul” başçılıq edir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord