"Keşlə" "Dinamo"ya uduzdu

"Keşlə" "Dinamo"ya uduzdu
ÖLKƏ FUTBOLU 20 Yanvar 2019 / 20:15 3548
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Keşlə" bu gün ikinci yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Tərlan Əhmədovun komandasının bu dəfəki rəqibi Serbiyanın Super Liqa təmsilçisi "Dinamo" (Vranye) olub. "Riu Kaya Belek" otelinin meydançasında keçiriləcək matç serblərin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan “Keşlə” "Dinamo"dan sonra, yanvarın 23-də Rumıniyanın "Konkordiya" və 25-də Rusiyanın "Çertoanovo" klubları ilə qarılaşacaq.


Yoxlama oyunu

20 yanvar

"Keşlə" (Azərbaycan) - "Dinamo" (Serbiya) - 0:2

Daha çox


Son xəbərlər