"Komandamın oyunundan tam razı qaldım" - Elşad Əhmədov

"Komandamın oyunundan tam razı qaldım" - Elşad Əhmədov
ÖLKƏ FUTBOLU 20 Yanvar 2019 / 00:01 1186
-  A +

“MTK Budapeşt” Macarıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Bu cür komandaya qarşı futbolçular da həvəslə oynayırlar. İlk 45 dəqiqə demək olar, bizim tam üstünlüyümüz şəraitində keçdi. Hesab 0:0 olan zaman 3 real qol fürsətini dəyərləndirə bilmədik. Əvəzində, rəqib əks-hücumda bizə qol vurdu. Ancaq tezliklə hesabı bərabərləşdirərək, oyunda üstünlüyü ələ ala bildik. Rəqibin sürətli futbolçuları var idi. Onlar bizə təhlükə yaradırdılar. Lakin buna baxmayaraq, ilk hissəni 2:1 öndə başa vurduq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov  Antalyada təlim-məşq toplanış çərçivəsində  Macarıstanın yüksək liqasında çıxış edən MTK klubuna 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, komanasının oyunundan razı qaldığını bildirib: "Fasilədə bir neçə əvəzetmə elədim. Bütün futbolçuları sınamaq istəyirdik. Təlim-məşq toplanışında oyunçuların hazırlığını görmək üçün bu, bizim üçün vacib idi. İkinci hissədə meydana çıxan futbolçular da oyundan düşmədilər. Matçın ritmini əlimizdə saxladıq. Tam olmasa da, qol fürsətlərimizdən istifadə etməyi bacardıq. Yekunda 3:1 qalib gəldik. Komandamın oyunundan tam razı qaldım”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord