"Barselona"dan fransalı futbolçuya son şans

"Barselona"dan fransalı futbolçuya son şans
XƏBƏR 19 Yanvar 2019 / 16:09 3832
-  A +

“Barselona” heyətinə qatmaq istədiyi PSJ-nin üzvü Adrien Rabyonun transferindən imtina edə bilər.

Qol.az-ın “El Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb uzunmüddətli danışıqlara baxmayaraq, hələ də fransalı futbolçunun anası və meneceri Veronika Rabyo ilə razılıq əldə olunmamasıdır. V. Rabyonun eyni zamanda digər Avropa klubları ilə da danışıq aparması kataloniyalıları narazı salır.

İspan klubunun nümayəndələri qarşıdakı həftə sonuncu dəfə yarımmüdafiəçinin özü və anası ilə bir araya gələcək. Əgər bu dəfə də tərəflər razılığa gələ bilməsələr, Kataloniya təmsilçisi Rabyo ilə danışıqlara son qoyacaq.

Qeyd edək ki, Rabyo PSJ ilə müqaviləsini yenilmədiyi üçün əvəzedici komandaya göndərilib.


Son xəbərlər