"Artıq gücümüzü bərpa etmişik" - Cavid Hüseynov

"Artıq gücümüzü bərpa etmişik" - Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 21:00 1220
-  A +

“Qış təlim-məşq toplanışının Bakıda təşkil olunan mərhələsinin ilk günlərində əsasən fiziki hazırlığa üstünlük verdik. Hesab edirəm ki, bu proses normal keçdi. Artıq gücümüzü bərpa etmişik. Antalyada isə daha çox oyun praktikası qazanmağa çalışırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov  Türkiyənin Antalya şəhərində  təlim-məşq toplanışı barədə fikirlərini  bildirərkən klubun  saytına deyib.

"Üç gündən bir oyun keçirəcəyik. Artıq ilk matç baş tutub. Bakıdakı görüşü saymasaq, bu qarşılaşma istirahətdən sonra ilk matçımız idi. Zədəli Stiven Monrozla Ceyms Adeniyi də oynamırdı. Ümumilikdə matçı normal qiymətləndirmək olar. Əsas bundan sonrakı qarşılaşmalardır. Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq” - deyə  o  bildirib.

Təcrübəli yarımmüdafiəçi komanda daxilindəki durumu da yüksək qiymətləndirib: “Hər şey yaxşıdır. Komandada yüksək əhval-ruhiyyə hökm sürür və səylə çalışırıq. Hazırlıqla bağlı hər hansı problem yoxdur. Oyundan oyuna artırmağın üzərində çalışmalıyıq ki, mövsümün ikinci yarısının startına tam hazır olaq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı