"Qəbələ"nin zədəliləri qayıtdı

"Qəbələ"nin zədəliləri qayıtdı
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 20:42 1031
-  A +

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 6-cı gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb.

Günün ilk yarısında futbolçular fiziki təmrinləri icra ediblər. İkinci məşq isə əsasən toplu çalışmalar yerinə yetirilib. Zədədən sonra tam bərpa olunan Stiven Monrozla Ceyms Adeniyi komanda ilə birlikdə məşq edib.

Daha çox


Son xəbərlər