Sabri "Qalatasaray"a qayıdır

Sabri "Qalatasaray"a qayıdır
DÜNYA FUTBOLU 18 Yanvar 2019 / 16:06 3805
-  A +

"Qalatasaray" sabiq futbolçusu Sabri Sarıoğlunu yenidən komandaya qaytarmaq niyyətindədir

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubunun rəhbərliyi braziliyalı müdafiəçi Marianonu göndərib,  Sabrini heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan 34 yaşlı müdafiəçi 15 il "Qalatasaray"da çıxış etdikdən sonra - 2017-ci ildə "Göztəpə"yə keçmişdi. O, hazırda klubsuzdur.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord