"Qarabağ"ın ikinci oyununun vaxtı açıqlandı

"Qarabağ"ın ikinci oyununun vaxtı açıqlandı
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 14:10 1895
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın ikinci yoxlama oyununun vaxtı açıqlanıb.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, sabah Çexiya təmsilçisi "Bohemians"la keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq. Ağdam təmsilçisi ilk sınaq matçında Macarıstanın "Uypeşt" klubuna uduzub - 0:1.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı