"Barselona" kubokdan kənarlaşdırıla bilər

"Barselona" kubokdan kənarlaşdırıla bilər
DÜNYA FUTBOLU 18 Yanvar 2019 / 12:10 5266
-  A +

“Barselona” İspaniya Kral kubokundan kənarlaşdırıla bilər.

Qol.az-ın  “Marca”ya istinadən yaydığı xəbərə görə,  Kataloniya təmsilçisi  1/8 finalın “Levante” ilə ilk oyununda (1:2) reqlamenti pozub. Sarı vərəqə limitini dolduran Xuan Brandaris Movilyanın “Levante”yə qarşı oynaması komandanı kubokdan kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qoyub.

İspaniya Kral Futbol Federasiyası da “Barselona”nın cəzalı futbolçunun xidmətindən istifadə etdiyini təsdiqləyib. Lakin klub bununla razılaşmır. “Barselona”dan federasiyaya bildirilib ki, məsələ ilə bağlı oyun başa çatdıqdan sonra 48 saat ərzində rəsmi şikayət ərizəsi olmalıdır.

Qeyd edək ki, ötən gün keçirilmiş cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanan “Barselona” 1/4 finala vəsiqə qazanıb.

Son xəbərlər