"Neftçi"də nigeriyalı futbolçu

"Neftçi"də nigeriyalı futbolçu
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 11:00 4973
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" baxışa yeni futbolçu dəvət edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, geriyalı yarımmüdafiəçi Yesse Sekidika "ağ-qaralar"ın düşərgəsindədir. 23 yaşlı oyunçunun bu gün Rumıniyanın "Qaz Metan" klubu ilə yoxlama görüşündə meydana çıxacağı gözlənilir. Futbolçu növbəti sınaq matçlarında da özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, karyerasına 2016-cı ildə Serbiyanın "Napredak" klubunda başlayan Sekidika Portuqaliya  2014/15 mövsümündə "Benfika"nın ikinci komandasında da çıxış edib. Ötən il Türkiyə "Əskişəhərspor"una keçən yarımmüdafiəçi klubun transfer cəzasına görə meydana çıxa bilməyib və ordan ayrılıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı