Daha iki məşqçimiz "Pro"nu aldı

Daha iki məşqçimiz "Pro"nu aldı
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 10:30 2295
-  A +

Daha iki azərbaycanlı məşqçi Pro kateqoriyasını alıb.

Qol.az xəbər verir ki, bunlar "Səbail"in baş məşqçisi Aftandil Hacıyev və "Sumqayıt"ın çalışdırıcısı Ayxan Abbasovdur. Belarus Futbol Federasiyasının saytı kursları uğurla bitirən 14 məşqçinin adını açıqlayıb.

Abbasov və Hacıyev Antalyada təlim-məşq toplanışında olduqları üçün Belrusa yollana bilməyiblər. 

Məşqçilərə diplomları Belarus Futbol Federasiyasının baş katibi Yuri Verqeyçik təqdim edib. Lisenziya 2021-ci il dekabrın 31-nə qədər etibarlıdır.

Qeyd edək ki, Pro diplomu məşqçiyə xarici ölkə komandalarında çalışmaq hüququ verir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord