"Zirə" Rumıniya klubuna qalib gəldi

"Zirə"  Rumıniya klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 18 Yanvar 2019 / 18:51 3795
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün birinci yoxlama görüşünü keçirib.

Qol.az-ın məlumatına görə, Samir Abasovun komandası Rumıniyanın yüksək liqa təmsilçisi "Voluntari" ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.

"Zirə" əslində yanvarın 15-də ilk oyununu keçirməli idi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) qarşılaşmanın ləğvinə səbəb olmuşdu.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) yoxlama oyunu keçirəcək.

18 yanvar

17:00. "Zirə" - "Voluntari" (Rumıniya)  - 1:0
Qol:
Pərdis Fərcad-Azad,  89-pen

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord