"Real"ın növbəti transfer hədəfi - 20 yaşı var

"Real"ın növbəti transfer hədəfi - 20 yaşı var
DÜNYA FUTBOLU 17 Yanvar 2019 / 17:58 3890
-  A +

"Real" növbəti transferini həyata keçirə bilər.

Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, Madrid klubu "Portu"nun müdafiəçisi Eder Miliatonu transfer etmək istəyir. "Real"ın braziliyalı oyunçu üçün təzminat qiyməti olan 50 milyon avro ödəməyə hazır olduğu bildirilib. Klubun 20 yaşlı futbolçunun meneceri ilə danışıqlara başladığı vurğulanıb.

Qeyd edək ki, E.Miliato cari mövsüm Portuqaliya çempionatında 14 matçda oynayıb.


Son xəbərlər