"Qəbələ" aqressiv oynasa da..." - almaniyalı məşqçi

"Qəbələ" aqressiv oynasa da..." - almaniyalı məşqçi
XƏBƏR 17 Yanvar 2019 / 14:47 2021
-  A +

"Yaxşı komandalara qarşı matçlarda topla daha çox oynamalıyıq. Bu cəhətimizi yaxşılaşdırmaq istəyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniyanın üçüncü bundesliqa təmsilçisi "Meppen"nin baş məşqçisi Kristian Neydhart klubun rəsmi saytına açıqlamasında deyib. Dünən Antalyada "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan danışan mütəxəssis komandamızın aqressiv oynadığını söyləyib:

"Qəbələ" aqressiv oynasa da, bizim qol imkanlarımız daha çox oldu. Rəqibimiz də layiqli müqavimət göstərdi, mübarizə apardı və qol fürsətləri yaxaladı. Buna baxmayaraq, qələbə hesabını qorumağı bacardıq. Ümumilikdə, oyunumuzdan razı qaldım".

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord