"Tottenhem" futbolçusunu Çin klubuna satdı

"Tottenhem" futbolçusunu Çin klubuna satdı
DÜNYA FUTBOLU 17 Yanvar 2019 / 13:28 3459
-  A +

"Tottenhem" futbolçusu Mussa Dembele ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi 31 yaşlı yarımmüdafiəçini "Quançjou Fuli"yə satıb. Britaniya mətbuatı bu transfer üçün Çin klubunun 12  milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, M.Dembele 2012-ci ildən "Tottenhem"də çıxış edirdi. O, cari  mövsüm Premyer Liqada 10 matçda oynayıb.


Son xəbərlər