"Artıq komandaya tam uyğunlaşmışam" - "Sabah"ın yeni transferi

"Artıq komandaya tam uyğunlaşmışam" - "Sabah"ın yeni transferi
XƏBƏR 17 Yanvar 2019 / 13:15 1826
-  A +

"Tobol"la yoxlama oyunu "Sabah"ın yeni üzvlərindən Rəşad Eyubov üçün əlamətdar olub.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, matçda hesabı açan və yeni komandasında ilk qoluna imza atan yarımmüdafiəçi təəssüratlarını bölüşüb:

"Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq. Deyə bilərəm ki, məşqdə çalışdıqlarımızın əksəriyyətini meydanda nümayiş etdirə bildik. Bu, yaxşı məqamdır. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq.

"Sabah"da ilk qolumu vurduğuma görə şadam. Artıq komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük".

Daha çox


Son xəbərlər