"Qəbələ"də braziliyalı futbolçular

"Qəbələ"də braziliyalı futbolçular
ÖLKƏ FUTBOLU 17 Yanvar 2019 / 11:26 3754
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" baxışa yeni futbolçular çağırıb.

Qol.az-ın məlumatına görə, əyalət təmsilçisi braziliyalı oyunçular -Mateus Fornazari, Kayo Neves, Josiel və Vellerson da Silvanı sınaqdan keçirir. Fornazarri və Neves hücumçu, Vallersonla Josiel isə yarımmüdafiəçidir.
 
Qeyd edək ki, sözügedən futbolçular dünən "Qəbələ"nin Almaniyanın "Meppen" klubu ilə yoxlama oyununda (1:2) oynamaq imkanı qazanıblar. Vellerson Almaniyanın üçüncü bundesliqa klubuna qol vurmağı da bacarıb. Komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib ki, braziliyalılara qarşıdakı oyunda da şans verəcək.

Daha çox


Son xəbərlər