"Qarabağ"a qalib gəldiyimiz üçün şadam" - "Uypeşt"in baş məşqçisi

"Qarabağ"a qalib gəldiyimiz üçün şadam" - "Uypeşt"in baş məşqçisi
XƏBƏR 17 Yanvar 2019 / 10:49 2310
-  A +

"İlk oyunumuz istədiyimiz kimi alındı. Hər bir futbolçu ən azı 45 dəqiqə oynamaq şansı qazandı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Uypeşt"in baş məşqçisi Neboyşa Vinyeviç dünən "Qarabağ"la keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Ağdam klubu üzərində 1:0 hesablı qələbəni şərh edən mütəxəssis nəticəyə görə sevindiyini gizlətməyib:

"Qələbə qazanmağımız yaxşıdır, amma hazırlığın indiki mərhələsində komandadan qeyri-adi oyun gözləmək və tələb etmək lazım deyil. Bayaq da dediyim ki, qalib gəldiyimiz üçün sevinirəm. Amma qarşıda görüləsi çox işimiz var".

Daha çox


Son xəbərlər