Argentinalı müdafiəçi "Mançester Yunayted"dən ayrılır

Argentinalı müdafiəçi "Mançester Yunayted"dən ayrılır
DÜNYA FUTBOLU 16 Yanvar 2019 / 16:22 2616
-  A +

“Mançester Yunayted”in futbolçusu Markos Roxo klubu tərk etməyə hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əsas heyətə düşə bilməyən argentinalı müdafiəçi özünə yeni klub axtarır. Zədəli olduğu üçün “Mançester Yunayted”in Dubaydakı toplanışını tərk edərək Argentinaya qayıdan Roxonun geri qayıtmaq istəmədiyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçunun “qırmızı şeytanlar”la 2021-ci ilin yayına qədər müqaviləsi var.

Son xəbərlər