Balotelli Fransada klubunu dəyişdi

Balotelli Fransada klubunu dəyişdi
DÜNYA FUTBOLU 16 Yanvar 2019 / 15:10 3941
-  A +

"Nitsa"nın transferə çıxardığı Mario Balotellinin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, italiyalı hücumçu karyerasını Fransada davam etdirəcək. Bu ölkənin mətbuatı 29 yaşlı futbolçunun "Marsel"lə anlaşdığını yazıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalandığı bildirilir. Balotelli bu müddətdə 2 milyon avro maaş alacaq.

Qeyd edək ki, "Nitsa"da baş məşqçi Patrik Vieyra ilə yola getməyən Balotelli bu mövsüm cəmi 10 oyun keçirib.


Son xəbərlər