"Qalatasaray" braziliyalı ilə müqavilə bağladı

"Qalatasaray" braziliyalı ilə müqavilə bağladı
DÜNYA FUTBOLU 16 Yanvar 2019 / 11:45 2735
-  A +

"Qalatasaray" yeni transferi Markao ilə müqavilə bağlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçinin sözləşməsi 3.5 illikdir. İstanbul təmsilçisi bu keçid üçün Portuqaliyanın “Çaves” klubuna 4 milyon avro ödəyib.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm “Çaves”in heyətində 24 oyunda iştirak edib və 3 qol vurub.

Son xəbərlər