"Sabah" qələbəni əldən verdi

"Sabah" qələbəni əldən verdi
XƏBƏR 16 Yanvar 2019 / 19:48 4103
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Premyer Liqanın debütantı Türkiyədəki 2-ci sınağında Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayıb. "Titanik" otelinin stadionunda keçirilən matçda "Sabah" 2:0 hesabda öndə olsa da, üstünlüyünü sona kimi qoruya  bilməyib. Matç 2:2 hesabı ilə başa çatıb.

 Qeyd edək ki, "Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin birinci liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib.

Əlavə  edək ki, paytaxt təmsilçisi "Tobol"la matçdan sonra Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Elşad Əhmədovun komandası yanvarın 19-da Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib hələlik dəqiqləşməyib.


Yoxlama oyunu

16 yanvar

18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan) - 2:2
Qollar:
Rəşad Eyyubov, 39 (1:0), Cavid İmamverdiyev, 53 (2:0), Temirlan Amirqazı, 76 (2:1), Dmitri Zaqvostkin, 83   (2:2)

Daha çox


Son xəbərlər