Qriqorçuk yenidən "Astana"da - xanımı açıqladı

Qriqorçuk yenidən "Astana"da - xanımı açıqladı
DÜNYA FUTBOLU 15 Yanvar 2019 / 18:25 2668
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqroçuk yenidən "Astana"ya qayıdıb.

Bu barədə Qol.az-a ukraynalı mütəxəssisin xanımı Alina Qriqorçuk məlumat verib. O bildirib ki, 53 yaşlı məşqçi komanda ilə birlikdə təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliyinə yollanıb.

Qeyd edək ki, ötən ilin yayında "Astana"ya baş məşqçi təyin olunan Qriqorçuk avqust ayında klubun düşərgəsini tərk etmişdi. "Astana"nın yaydığı açıqlamada mütəxəssisin ailə məsələrinə görə komandadan ayrıldığı bildirilmişdi.


Son xəbərlər