"Neftçi" üçün daha bir rəqib

"Neftçi" üçün daha bir rəqib
XƏBƏR 15 Yanvar 2019 / 16:17 2134
-  A +

"Neftçi" Antalyada daha bir yoxlama oyunu keçirəcək.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi "İstiqlal"la qarşılaşacaq. "Ağ-qaralar" sınaq matçı keçirmək üçün onlara müraciət edən İran klubuna müsbət cavab verib. Yanvarın 20-nə nəzərdə tutulan görüş Bakı vaxtı ilə saat 16:30-da oynanılacaq.

Qeyd edək ki, "Neftçi" "İstiqlal"dan başqa, Rumıniyanın "Qaz Metan” (18 yanvar), Çexiyanın "Slovan” (23 yanvar) və Bolqarıstanın "Beroe" ( 26 yanvar) klubları ilə də qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın